Tovuzda iki minik maşını toqquşub, xəsarət alanlar var

66

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan NİVA markalı minik maşını ilə “VAZ 2106” markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 23 yaşlı Əlirzayev Misirxan, 25 yaşlı Hüseynov İlkin və 25 yaşlı Elvin Hüseynovdur.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. \\APA