Tovuzda fərdi yaşayış evi yanıb

177

Tovuz rayonunun Qovlar şəhərində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 144 kv/m olan birmərtəbəli evin 2 otağının yanar və tavanının taxta atmaları 90 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.