Tovuzda Ermənistanın daha bir PUA-sı məhv edildi

93

 

Silahlı qüvvələrimiz tərəfindən işğalçı Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Tovuzda olan Musavat.com əməkdaşı xəbər verib ki, düşmənə məxsus PUA Tovuz rayonunun Ağdağ deyilən ərazisində vurulub.

Kəşfiyyat xarakterli uçuş aparmaq istəyən düşmənin pilotsuz uçuş aparatı ordumuz tərəfindən sərrast atışla məhv edilib.