Tovuzda avtomobil aşdı – Xəsarət alan var

33

Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, rayon sakini, Mirhüseyn Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil rayonun Aşağı Quşçu kənd ərazisində hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Avtomobilə isə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.