Topçularımız düşmən mövqelərinə cəhənnəm odu yağdırır

14

Rusiyanın yürütdüyü imperialist siyasətə uyğun olaraq Azərbaycan türkləri ordu sıralarında döyüş təyinatlı hərbi hissələrdən uzaq tutulmasına baxmayaraq, bu çətin şəraitdə belə, “Rus artilleriyasının Allahı” ünvanını qazanan Əliağa Şıxlinski kimi hərbçi dühalar yetişdirə bilmişdi. Bu fakt bizim qan yaddaşımızdan gələn döyüşçü millət təhtəlşüurumuzla bağlıdır.

Sovet İttifaqı dağıldığı ərəfələrdə əliyalın rus-erməni silahlı quldurları ilə başabaş qalan xalqımız torpağının 20%-ni itirsə də, qan yaddaşından gələn döyüşçü ruhunu bərpa edib Dağlıq Qarabağı işğaldan azad etmək savaşına girib. Bu Vətən müharibəsində Əliağa Şıxlinskinin ardıcılları da düşmənə layiqli cavabı verirlər. Müdafiə Nazirliyinin paylaşdığı son video da bu qəhrəmanlıq salnaməsinin kiçik örnəklərindəndir.

:beginner: @ovqatcom