Tolikdən Xatirəyə: “Qollarını çırmala, konsert ver, sonra…”

    3

    Prodüser Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində fəxri ad almadığı üçün sosial şəbəkədə etiraz edən müğənni Nadir Qafarzadə ilə Xatirə islama səslənib.
    Hurriyyet.org xəbər verir ki, prodüser Nadirə səbirli olmağı, Xatirəyə isə konsert verməyi məsləhət görüb:
    “Nadirin xətrini çox istəyirəm. Bir az səbirli olsun. Düşmənlərini sevindirir. Vaxtı gələndə o da ad alacaq. Dövlət tədbirlərində, əsgərlərin qarşısında oxumaq bizim borcumuzdur. Xatirə də etiraz edib. Düzdür, biz demokratik ölkədə yaşayırıq, düşündüyümüzü deyə bilərik. Amma səbirli olmaq lazımdır. Xatirənin sənətinin yarısı qədər sənəti olan gənc müğənnilər konsertlər verir. Xatirə qolunu çırmalasın. Heydər Əliyev Sarayında, sonra Yaşıl Teatrda konsert versin. Bölgələrdə silsilə konsertlər keçirsin. Əməkdar artist adı “əmək verən artist “ deməkdir. Mən desəm ki, 16 ildir ki, bu sənətdəyəm. Deyəcəklər, gözümüz aydın. Toylara gedib, pul qazanmışıq, tədbirlərə öz adımıza görə getmişik. Dəvət almadığımız yerlərə də zəng edib, özümüz getmişik”.