Tokio-2020: Təşkilatçılar əlavə 960 milyon dollar xərcə düşəcək

231

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında antikoronavirus tədbirlərinə xərclənəcək vəsait bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu, təşkilatçıları əlavə 960 milyon dollar xərcə salacaq.

Bu məbləğə test sisteminin qurulması, səhiyyə müəssisələri, həmçinin əlavə tibbi avadanlığın alınması daxildir. Bundan başqa, təşkilatçılar olimpiya obyektlərinin qorunması, zəruri olan avadanlıqların icarəsi və əlavə əmək haqqının ödənməsinə də vəsait xərcləməli olacaq. Yarışın Təşkilat Komitəsi zəruri olan vəsaiti sponsor və sığorta ödəmələri hesabına toplamağı planlaşdırır. Antikoronavirus tədbirləri barədə hesabat dekabrın 2-də təqdim olunmalıdır.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən Tokio Olimpiya Oyunları 2020-ci ildən 2021-ci ilə təxirə salınıb.