Tofiq Yaqublunun səhhəti getdikcə pisləşir – VƏKİLİNDƏN AÇIQLAMA

96

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının nümayəndəsi Tofiq Yaqublu barəsindəki hökmdən Appelyasiya şikayəti verilib. Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Məsələylə bağlı  Tofiq Yaqublunun vəklili Aqil Layıcla əlaqə saxladıq. O Hurriyyet.org-a açıqlamasında, aclıq aksiyası keçirdiyinə görə, səhhətinin getdikcə pisləşdiyini deyib:

“Bu gün Tofiq Yaqublu ilə görüşdüm. Çox gec gəldi. Halsız və rəngi solmuş vəziyyətdə idi. Əvvəlki tək yerimirdi, sanki gözləri çuxura enmişdi. Özünün bildirdiyinə görə, 91 kilodan 82 kiloya düşüb. Artıq altıncı gündür ki, aclıq aksiyası keçirir. Tofiq Yaqublu bildirdi ki, müəssisə rəisinin müavini Rasim Əsgərov və psixoloq yanına gəlibmiş və nəsə psixoloji durumuna görə akt tərtib etmək istəyirlərmiş. İddia edir ki, sanki o, aclıq aksiyasını psixoloji vəziyyətinə görə edirmiş. Amma psixoloji halı çox normal olduğunu qeyd etmiş, aclığı ədalətsizliyə qarşı etdiyini bildirmişdir.  Aclığı psixoloji durumuna görə deyil”.

YƏHYA