Tofiq Yaqublunun məhkəməsi təxirə salındı

117

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə sabah saat 11-ə qədər təxirə salınıb. 

Musavat.com xəbər verir ki, Tofiq Yaqublu bugünki məhkəmə iclasında aclıq aksiyasına başladığını elan edib. Dünən dövlət ittihamçısı ona 4 il 6 ay cəza istəmişdi. Güman edilir ki, sabah Tofiq Yaqubluya hökm oxunacaq.

İ. Muradov,
Musavat.com