Tixanovskayanun Lunaşenkoya verdiyi vaxt 4 gün sonra bitir

42
Svetlana Tixanovskaya hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edərək onlara söz verib ki, xalqın tərəfinə keçsələr, gələcəkdə cəzadan azad olacaqlar.

“Xalq ultimatumu – Belarus xalqının tərəfinə keçmək şansınızdır. Əgər siz cinayətkar əmrləri yerinə yetirmək istəmirsinizsə, bunu etməyin” Tixanovskaya Telegram kanalında dedi.

O, həmçinin yalnız cinayət törətmiş şəxslərin cavab verəcəyinə və “ümumi əmlakdan məhrumetmənin olmayacağına” söz verdi.

Bundan əvvəl də Tixonovskaya hakimiyyətə ultimatum təqdim etmişdi. Əks təqdirdə, ümummilli tətil elan edəcəyini, yolları bağlayacağına söz vermişdi. Ultimatumun bitməsinə 5 gün qalıb. Lukashenko ona hələ reaksiya verməyib.

Ülviyyə Şükürova