Tixanovskayanın faktiki olaraq girov götürüldüyü, hazır müraciəti məcburən oxuduğu məlum oldu

66

Belarus Mərkəzi Sçeki Komissiyasının sədri Lidiya Yermoşina müxalifətin prezidentliyə namizədi Svetlana Tixanovskayanın onun kabinetində hüquq-mühafizə orqanlarının iki yüksək rütbəli əməkdaşı ilə onun otağında görüşdüyünü etiraf edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, görüşdən sonra S. Tixanovskayanın tərəfdalarına müraciəti məhz bu otaqdan yayımlanıb.

“Bəli, bu mənim divanımdır. Tixanovskayanı burada lentə alıblar”,-deyə L. Yermoşina “KP Belorussiya” qəzetinə verdiiy müsahibədə danışıb.

Onun sözlərinə görə, S. Tixanovskaya əslində həmin gün seçkilnin nəticələrindən şikayət ərizəsi vermək üçün gəlibmiş. “Sonra onu kabinetə dəvət etdik. Çünki iki yüksək rütbəli orqan əməkdaşı onunla söhbət etmək istəyirdi. Mən otaqdan çıxdıqdan sonra, S. Tixanovskaya vəkili ilə onların yanında qaldı”,-deyə xanım Yermoşina söyləyib.

9.jpg (27 KB)

Məlum olduğu kimi, Belarus müxalifətinin namizədi həmin otaqda iki müraciət edib. Birincidə o, ölkəni tərk edəcəyini bildirib, ikncisində isə tərəfdarlarını milisə müqavimət göstərməməyə və meydanlara çıxmamağa çağırıb. Hər iki müraciət rəsmi “BelTA” agentliyinin saytında yayımlanıb.

Elə həmin vaxt br sıra müşahidəçilər videomüraciətin yayımlandığı otağın interyerinə diqqət çəkərək onun MSK sədrinin kabineti olduğunu təsbit ediblər.