Tıxac taksilərin işinə yaradı: Qiyməti 3 dəfə qaldırdılar – VİDEO

    18

    Bakı-Sumqayıt yolunda həyata keçirilən təmir bərpa işləri bəzi taksi sürücülərini hərəkətə keçirib. Bu istiqamətdə fəaliyyət göstərən taksi sürücüləri qiymətləri 3 qat artırıblar. Hətta 5 manata da sərnişin daşınır.

    Bakı-Sumqayıt üzrə və ya əks istiqamətdə fəaliyyət göstərən taksilərin qiymətində artım müşahidə edilib.Sürücülər qiymətləri 1 manatdan 3 manata qədər qaldırıblar.

    Sumqayıtdan Bakıya getmək istəyən vətəndaşlar bildirir ki,taksi sürücüləri qiymətləri 2-3 qat qaldırıblar.Ona görə bəziləri artıq taksi ilə getmir.Ancaq məcbur qalıb taksidən istifadə edənlər də olur.

    "XəzərXəbər" vətəndaşların müraciətindən sonra məsələni yerində araşdırıb. Sumqayıt -Bakı və əks istiqamətdə taksi fəaliyyəti göstərən sürücülər deyirlər ki, magistral yolda həyata keçirilən təmir bərpa işləri onların işini çətinləşdirib. Yaranan tixac onların müştərini daşıdığı qiymətlə uzlaşmadığından onlarda məcburən qiyməti qaldırırlar.

    Sürücülərin dediyinə görə Bakıdan Sumqayıta hətta 5 manatada müştəri gətirirlər.

    Sürücülər Bakıya , şəhərin iki istiqamətindən Sülh prospektindən və 17-ci mk-dan çıxmaqla sərnişin daşıma ilə məşğul olurlar.