“Titanik” gəmisindəki qəhrəmanın saatı

282

Cib saatının sahibi stüard Sidni Sedanari qəza baş verən zaman başqalarını həyatını xilas edərkən həlak olub. “Seanews.az”ın məlumatına görə, stüard öz açarı ilə sərnişinlər üçün nəzərdə tutulmuş xilasedici jiletlərin saxlandığı bölməni açaraq hamıya jilet paylayıb.

1912-ci il aprelin 15-də saat 01:50-də stüardın cib saatı dayanıb. Təqribən elə həmin vaxtda da qəhrəman həlak olub.

1981-ci ildə Sidni Sedanarinin oğlu həmin saatı Avstraliyada yaşayan qohumlarına verir. 2016-cı ildə isə onun qohumu cib saatını hərracda satır. Hərracda alınan saat İngiltərənin Sauthempton şəhərindəki “SeaCity” dəniz muzeyinə təhvil verilir. Həmin cib saatı bu gün də orada saxlanılır.