Tiranozavrın skeleti rekord məbləğə satıldı

36

67 milyon il bundan əvvəl Yer kürəsində yaşayan vəhşi tiranozavrın skeleti hərracda 31,8 milyon dollara satılıb. Bununla bağlı “Christie’s” hərrac evinin rəsmi saytı məlumat yayıb.

1987-ci ildə Cənubi Dakota ştatında Sten Sekrisonın tapıntısı 188 sümükdən ibarət olub və yaxşı vəziyyətdə qalan tiranozavr skeletlərindən biridir.  Sümüklərin çəkisi 7-8 tona bərabərdir. Tapılan tiranozavr təxminən Afrika fili boyda olub.