Tiflisi özlərinə paytaxt etmək istəyən ermənilərin gürcülərə qarşı soyqırımı (1918)

99

Önyazı:

Erməni ideoloqları iddia edirlər ki, erməni xalqı nadir bir xalqdır:

“Bizim xalqımız müstəqil vahidlərin cəmidir. Digər xalqlar isə müstəqil cəmin sıfıra bərabər mənasız bir zərrəsidir.” (Aharonyan A. “Bogin” məcmuəsi, 1966, № 8-9).

Ermənilərin tarixini onların iç-içə və ya qonşuluqda yaşadıqları xalqlarla zidliklər və məkrlər tarixi də adlandırmaq olar…

Erməni terrorçu təşkilatı “Daşnaksütyun”un yaraqlı dəstələri hələ ötən əsrin əvvəllərindən başlayaraq gürcülərə qarşı silahlı təcavüz, terror və etnik “təmizləmə” siyasəti aparmaqda idi: 21 noyabr 1905-ci il tarixində Tiflisin dinc sakinləri  erməni saqqallıları tərəfindən görünməmiş qanlı və amansız qırğınlara məruz qalmışdı. Gürcü kəndlilərini və Tiflisdəki məhəllələri qırıb-“təmizləyərək” burada erməni gəlmələrini yerləşdirmək istəyirdilər. Uşaq, qadın, qoca və əlillərə də aman vermirdilər. Rəsmi mənbələrə görə, qətl edilən Tiflis sakinləri sırasında xeyli sayda azərbaycanlılar da var idi.

1918-ci ilin noyabrında isə ermənilər dövrün müasir silahları ilə, xüsusən də toplarla silahlanaraq Axalkələk və Axalsix bölgələrinə hücuma keçib, oradakı gürcüləri “təmizləyərək” (Axalkələk və Borçalıya da iddia etməklə) yeni etnik sərhədlərlə 1919-cu ilin yazında açılmalı olan Paris Sülh Konfrasına hazırlaşırdılar…

Şota Vadaçkoriya ermənilərin bu “qibtəedici” özəlliyi haqda tarixi bir örnək gətirərək yazır: 1918-ci ildə Zaqafqaziya – Qafqaz cəbhəsinin qaçqınlar komitəsinə 15 milyon rubl ayırdıqda, N.Jordaniyanın Gürcüstan parlamentində çıxışına görə, bu pulun böyük hissəsini – 10 milyon 252 min rublunu erməni qaçqınlar təşkilatı almışdı. Parlamentdə onun bu sözlərini dinləyər-dinləməz Q.Veşapelinin atmacası eşidildi: “Yəqin çoxlu tüfəng alıblar”.

Daşnakların xüsusi canfəşanlıqla fərqlənən “Orizon”, “Aşxatavor” kimi qəzetləri isə qabaqdangəlmişlik edərək qaçqınları siyasi məqsədlərinə alət edib:

 

“Ertoba” qəzetində daşnakların Axalkələkdə törətdikləri vəhşiliklərə toxunan, “Cavaxeli” ləqəbli imza ilə yayınlanmış “Qana bulaşmış əllər” məqaləsində Xospiy kəndinin əhalisinin, həm də Poladaşvili soyadlı gürcü müsəlman ailəsinin tamam qırılmasından bəhs edilirdi. Bu cinayət aktı 10 may 1918-ci ildə Gürcüstan Milli Şurasının iclasında da dartışıldı. Həmin məsələ ilə bağlı Ermənistan Milli Şurasına ünvanlanan müraciət isə cavabsız qaldı.

Ermənilər öz iddialarından əl çəkmir, “Gürcüstan ikinci Mesopotamiyadır!” deyə bağıraraq, siyasi vay-şivənlərinə davam edirdilər. Məsələn, daşnaqların “Orizon” qəzeti yalan xəbər dərc edərək yazırdı ki, “…Osmanlı hökuməti ilə (uluslararası–X.İ.) razılaşmalara baxmayaraq, gürcü hakim dairələri qaçqınların köhnə yaşayış yerlərinə qayıtmasına maneçilik törədirlər.” Eyni ittihamı erməni nümayəndə heyətinin başçısı Yekcanyan da Gürcüstan parlamenti sədrinə qarşı yönəltmişdi.

Erməni təhdidlərinin getdikcə artdığını görən Gürcüstan hökumətinin yetkililərindən Sp. Cediya erməni qaçqınlarının geriyə qaytarılmasını tək çözüm yolu saydığını bildirirdi. “Əgər Ermənistan rəhbərliyi özünə gəlib Gürcüstanın müstəqilliyini laxlatmaq, dövlətin daxilində hərbi üsyan hazırlamaq əvəzinə öz xalqının güzəranının bərpasına çalışsaydı, o zaman Gürcüstan da, bütün Zaqafqaziya, o sıradan, ermənilərin özləri də rahatlanıb uduşda olardılar,”-deyə Sp. Cediya Ermənistanla ilgili bu acı həqiqəti təəssüflə bəyan edirdi.

Diqqətəlayiq haldır ki, gürcü hökumətinin Gürcüstandakı erməni qaçqınlarının 1/3-ni Ermənistanda yerləşdirmək təklifinə erməni hökuməti rədd cavabı vermişdi. Erməni qaçqınlarını Borçalıdakı erməni kəndlərinə köçürmək təklifi də Ermənistan hökuməti tərəfindən etirazla qarşılandı.

“Ertoba” qəzeti daşnakların belə etirazlarını aşağıdakı kimi şərh edirdi: daşnaklar qorxurdular ki, o zaman Axalkələkdə ermənilər azalar və onların bu rayona gələcəkdəki iddialarına əsas olmaz, ona görə də bu məsələyə indidən etiraz edirdilər. Həmin qəzet “Erməni vəkillərinin nəzakəti” məqaləsində isə yazırdı: “Erməni qaçqınları daşnaklardan ötrü elə bir ağır artilleriyadır ki, onun “nüvəsi” Gürcüstan Respublikasının ürəyini parçalaya bilər. Məgər bundan imtina etməkmi olar?!”

Ermənistan hökumətinin başlıca vəzifəsi gürcü liderlərini təsir altında saxlamaq, öz “vacib” planlarını həyata keçirmək – beləliklə də öz qaçqınlarını Gürcüstandan köçürməmək idi.

Erməni liderlərinin əsl simasını açan Tiflisdə yayınlanan “Ertoba” qəzeti yazırdı: “Erməni daşnakları ikili siyasətə qulluq edən ikiüzlü bir partiyadır. Hamı ilə mübarizə apardığı halda, hamı qarşısında “quyruq bulayır”. Hamı ilə dostluq edir və hamıya xəyanət edir”…

Parlament iclasında A. Cacenaşvili daşnak liderlərindən birini belə xarakterizə etmişdir: “İkili siyasət yürüdən Xatisov Rusiyaya sədaqətli olduğuna and içirdi. Bu gün, durum dəyişdikdə, öz sədaqətini Osmanlılara bildirir, halbuki, qabaqlar onlara qarşı satqınlıq siyasəti aparırdı. Xatisov qaçqınlığı törədən ənənəvi siyasətçilərin tipik nümayəndəsidir. Onlar əbəs yerə düşünürlər ki, insanları müharibə qaçqına çevirir, onları bu hala avantürizm və siyasi kallıq gətirib çıxarır”.

Gürcüstan daxilində erməniləri silahlandırma və Tiflisdə, üstəlik Gürcüstanın başqa bölgələrində (bundan başqa, Ukraynada, Donda və b. yerlərdə) ermənilərin səfərbərliyini keçirmə (həm də bu səfərbərliklər Tiflisdən idarə olunurdu) kimi addımları daşnakların daha böyük iddialara malik olduqlarından xəbər verirdi…

Daşnakların ərazi iştahının mücəsssəmələrindən olan “Qafqaz poçtu” adlı ingilisdilli erməni qəzeti o dönəmlərdə yazırdı: “… qabaqlar Tiflis ermənilərə məxsus idi və yalnız millətçilik tədbirlərindən sonra şəhər Gürcü hökumətinin əlinə keçdi”… Bu kimi iddiaların sonucunda Gürcüstan hökumətinin çarəsi tükənərək, öz ərazilərində Ermənistan (yəqin ki, Erməni –X.İ.) Milli Şurasının fəaliyyətinə qadağa qoydu.

Gürcü mənbələri həmin dövrdə ermənilərin ingilislərin dəstəyinə nail olduqlarını da qeyd edirlər… [Gürcü müəlliflərinin bir mülahizəsi də diqqətçəkicidir: sonralar “İngiltərənin (ədalətli yürüdülməyən –X.İ.) Yaxın Şərq siyasəti iflasa uğradı” və ingilislər Tiflisi də tərk etmək zorunda qaldılar]…

Gürcüstan parlamentinin 1919-cu il 10 noyabr tarixli iclasında Gürcüstan hökumətinə müraciət edən Ermənistan nümayəndəsi Doluxanov yanvarın 5-də milliyətcə erməni olan şəxslərin tutulmasının səbəblərini quberniya idarəsindən, bəzi ermənilərin məsul işlərdən azad edilməsinin səbəblərini isə Ədliyyə Nazirliyindən açıqlamağı tələb edirdi.

Gürcüstan parlamentinin iclasında ermənilərin əsassız ittihamlarına cavab verənlərdən biri–R.Qabaşvili aşağıdakıları söyləməyə vadar oldu: “Ölkə müstəqilliyinin xilası naminə satqınlıq siyasəti yeridən millətcə erməni olan şəxslərə qarşı cəza tədbirləri həyata keçirmək gərəkdir.” Bundan başqa, o bildirdi ki, Ermənistanla müharibə vaxtı Gürcüstana qarşı fəaliyyətdə olan bütün xəyanətkarlar məhv edilməlidir. K.Ninindze, Doluxanov və Avetisyana “Orizon” və “Nororizon” qəzetlərinin gürcülərə qarşı fəaliyyətini xatırlatdı. Onu Axalkələk mahalında Xospiy kəndinin gürcü müsəlman əhalisinin amansız qırılması faktı qarşısında qoydu və bildirdi ki, nəhəng daşnak partiyasının siyasəti hər yerdə eynidir.

Ermənilərin iddia paketinə Tiflis quberniyası və Batum diyarı da daxil idi. Bu iddialarını onlar 7 may 1920-ci il tarixli Gürcüstan-Rusiya müqaviləsinə münasibətdə açıq şəkildə ortaya qoymuş oldular. Ermənilər Qara dənizə çıxışı ələ keçirmək üçün Çoroki rayonunu xüsusi canfəşanlıqla tələb edir, Qarsa dəmiryolu çəkmək səbəbilə bu bölgə onlara vacib olduğunu bildirirdilər. Hətta xatırlanan Gürcüstan-Rusiya müqaviləsinin göstərilən ərazilərə şamil edilməməsi tələbilə Ermənistan Xarici İşlər naziri Sovet Rusiyasındakı həmkarı Çiçerinə məktub da göndərmişdi…

“Ertoba” qəzetinin yazdığı kimi, ermənilər Acariya (Acarıstan –X.İ.) müsəlmanlarının Gürcüstana birləşmək istəyini gerçəkləşdirməyə də mane olmuşdular. (Paris 18 yanvar 1919-cu il–21 yanvar 1920-ci il və San-Remo 19-26 aprel 1920-ci il konfranslarında ermənilərin pozuculuq fəaliyyətləri nəzərdə tutulur –Ş.V.)

Xaqani İsmayıl,

yazıçı-tarixi araşdırmaçı