Tiflisdə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxıldı

    18

    Tiflisdə iyunun 20-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiya zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Tiflis Apellyasiya Məhkəməsi qərar qəbul edib.

    Saxlanılan şəxslər 4 günlük inzibati həbs cəzası çəkiblər. Onlar məhkəmə zalından sərbəst buraxılıblar.

    Məhkəmə 41 nəfərdən ikisinin günahsız olduğunu üzə çıxarıb.

    Qeyd edək ki, iyunun 20-də keçirilən kütləvi aksiya zamanı 305 nəfər saxlanılıb. Tifisdə davam edən kütləvi etiraz aksiyalarının tələblərindən biri həmin şəxslərin hamısının azadlığa buraxılmasıdır.