TİFLİSDƏ “QARABAĞ AZƏRBAYCANDIR!” ŞÜARI SƏSLƏNDİRİLDİ – Gənclər Azərbaycana dəstək aksiyası keçirib / VİDEO, FOTOLAR

135

Tiflisin Soğanlıq (Poniçala) qəsəbəsində Azərbaycana və Milli Ordumuza dəstək aksiyası keçirilib. Hurriyyet.org 24News.ge-yə istinadən xəbər verir ki, aksiya 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə təşkil olunub.

Aksiyada qəsəbə sakinləri ilə yanaşı Tiflis, Marneuli və digər bölgələrdən olan soydaşlarımız da iştirak ediblər.

Onlar Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndiriblər. İştirakçılar əllərində Azərbaycan, Türkiyə, Gürcüstan bayaqları və üzərilərində “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Gürcüstan dostluğu” sözləri yazılan plakatlar tutublar.

Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını, mülki insanları və yaşayış məntəqələrini hədəfə almasını, Gəncə şəhərinin atəşə tutmasını kəskin qınayıblar.

https://www.facebook.com/watch/?v=699097820686082

Hurriyyet.org