Ticarət mərkəzləri nə vaxt açılacaq? – RƏSMİ

39

İri ticarət mərkəzlərinin açılması mayn 11-ə qədər ölkədə koronavirusla bağlı yoluxma sayından asılı olacaq.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, artıq rayonlarda ticarət mərkəzləri açılıb.

“Lakin bu, bizə arxayınlaşamağa imkan vermir. Mütləq rayonlarda ticarət mərkəzləri təlimatlardan, davranış qaydalarından istifadə etməlidir. Statistika pozitiv istiqamətdə gedərsə, o zaman 65 yaş və yuxarı insanların da çölə çıxması məsələsinə baxıla bilər”.