Ticarət mərkəzindən 315 min manat oğurlanıb

69

Naxçıvan Muxtar Respublikasından Daxili İşlər Nazirliyinə sentyabrın 22-də şəhər ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 315 min manat pulun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini M.Seyidzadə və Danyeri kənd sakini Y.Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.