TƏHSİL PLANI…

    3

    Nadir İsrafilov

    "Universitetlərin boş qalan plan yerlərini doldurmaq deyil, “tələb-təklif” prinsipini gözləmək daha önəmlidir”

    "Təhsil haqqında"qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması, bu qruplara ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. Hazırlıq qruplanın açılacağı barədə son rəsmi açıqlamalarda bildirilir ki, Universitetlərdə hazırlıq qruplarının yaradılmasına 2018-ci ildən başlanılacaq.

    “Biz “Təhsil haqqında” qanuna dəyişiklik etmişik və prezident də həmin dəyişiklikləri təsdiqləyib. Qanunun icrası isə Təhsil Nazirliyinə tapşırılıb. Hazırlıq qrupları qəbul planları kəsirlə yerinə yetirilən, tələbə axını bir qədər az olan ali təhsil müəsissələrində fəaliyyət göstərəcək. Ona görə də belə ali təhsil müəssisələrində boşluğu aradan qaldırmaq üçün hazırlıq qruplarının yaradılmasına ehtiyac var. Hazırlıq qrupları özəl və dövlət ali təsil müəssisələrində açılacaq. Bu yaxınlarda Təhsil Nazirliyinin rəsmiləri də bildiriblər ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması istiqamətində işlər aparılır. Düşünürəm ki, bu barədə dəqiq məlumatı yaxın zamanlarda Təhsil Nazirliyi açıqlayacaq. Həmin hazırlıq qruplarının hansı universitetlərdə açılacağı və ödənişin nə qədər olacağı barədə ictimaiyyətə məlumat verəcək”.

    Ediləcək belə bir dəyişiklik ali təhsilin hamı üçün əlçatan olması, adambaşına düşən alı təhsillilərin sayına görə ölkəmizin dünyanın aparıcı dövlətləri sırasında qərarlaşması, Azərbaycandan xarici ölkələrə valyuta axınının azalacağı, həmin maliyyə vəsaitlərinin ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacağı, ən başlıcası isə orta məktəbi bitirən mə­zunun vax­tın­dan sə­mə­rə­li is­ti­fa­də etməsi, özünə bir növ məşğulluq tapması və təhsil alacağı universitetə qabaqcadan adaptasiya olunması baxımından optimal variant sayıla bilər. Bir halda ki, on­suz da ək­sər va­li­deyn­lər öz övladlarının ali mək­təb­lə­rə ha­zır­lığını təmin etmək məq­sə­di­lə müx­tə­lif kurs­la­ra, re­pe­ti­tor xid­mət­lə­ri­nə mü­ra­ci­ət edir, bu baxımdan da bi­la­va­si­tə uni­ver­si­te­tin nəz­din­də ha­zır­lıq kurs­la­rı­nın təş­kil olun­ma­sı məqsədəuyğun hesab edilə bilər.

    Bir də ki, bu, hansısa bir yenilik hadisəsi olmayıb, əslində köhnə ənənənin bərpasıdır. Yadıma gəldiyi qədər ötən əsrin 60-cı il­lərində ­də ali məktəblərin nəz­din­də be­lə ha­zır­lıq fa­kül­tə­lə­ri fəa­liy­yət gös­tə­rir­di. Fəh­lə və kənd­li gənc­lər ali mək­tə­bə da­xil ol­ma­q üçün, ey­ni za­man­da, sov­xoz­la­rın, za­vod­la­rın gön­də­ri­şi əsa­sın­da institutlarda olan ha­zır­lıq kurs­la­rın­da oxu­yur­du­lar. Ha­zır­lıq kur­sların­da oxu­yan hə­min gənc­lər son­radan im­ta­han ve­rərək ins­ti­tut­la­ra qə­bul olunur­du­lar.

    Baxmayaraq ki, belə bir dəyişikliyin reallaşacağı halda tələbə artımından, bunun gənclərin universitetə cəlb olunması şəbəkəsini genişləndirəcəyindən müəyyən gözləntilər var, bununla belə bu kursların yetərincə yüksək savadı olmayan tələbələrin universitetlərə daxil olub, orada təhsil almasının universitetlərin səviyyələrini aşağı salacağından, ümumiyyətlə təhsilin səviyyəsinə təsirsiz ötüşməyəcəyindən və bir çox təhsil problemlərinə səbəb ola biləcəyindən ehtiyatlananlar da az deyil.

    Gəldiyim qənaət ondan ibarətdir ki, ali təh­si­lin hamı üçün əl­ça­tan ol­ma­sı­nı hədəfləmişiksə, ilk növbədə həmin kurslar üçün müəyyənləşdiriləcək ödə­niş­lə­rin məbləğinin də nisbətən əl­ça­tan ol­ması­ tə­min ediməlidir. Digər mühüm bir məqəm ondan ibarətdir ki, hər şeydən əvvəl tələb-təklif prinsipi gözlənilməlidir. Bizdə elə ixtisaslar var ki, bu ixtisaslar üzrə kadrların sayı tələbatdan ıki dəfədən də artıqdır. Yəni, əsasən əmək bazarında ehtyac olan kadrların hazırlanması üzrə belə kursların təşkili nəzərdə tutulmalıdır ki, bu dəyişikliyin hər hansı bir effekti olsun. Başqa sözlə universitetlərin boş qalan plan yerlərini doldurmaq deyil, “tələb-təklif” prinsipini gözləmək daha önəmlidir.