Təyyarə qəzaya uğradı, 100-dən çox insan həlak oldu – KUBADA 3 GÜNLÜK MATƏM – VİDEO

    3

    Dünən Kubada "Cubana de Aviacion" şirkətinə məxsus "Boeing 737" təyyarəsi hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb.

    Hurriyyet.org xarici mətbuata istinadən bildirir ki, qəza nəticəsində təyyarədə olan 113 nəfər həlak olub. Həlak olanlardan 7-nin heyət və personal üzvləri olduğu bildirilir.

    Qəzadan sonra Kuba hökuməti ölkədə 3 günlük matəm elan edib.