Teymur Rəcəbovun mübarizə apardığı yığma Rusiya komandasına UDUZDU

90

Şahmat üzrə Millətlər Kubokunun dördüncü turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması Rusiya komandasına 1:3 hesabı ilə uduzub.

Bu, dünya yığmasının bugünkü qarşılaşmada artıq ikinci məğlubiyyətidir. Belə ki, bundan əvvəlki turda komanda ABŞ yığmasına məğlub olub.

Şahmatçımız T.Rəcəbov isə günün birinci qarşılaşmasında Hikaru Nakamura ilə heç-heçə edib. Son turda isə Yan Nepomnyaşiyə məğlub olub. \\Publika