Texasda məktəbdə atışma zamanı 8 nəfər həlak olub

    21

    Hurriyyet.org xəbər verir ki, Amerikanın Texas ştatındakı Santa-Fe məktəblərinin birində, cümə günü, mayın 18-də baş verən qətliam zamanı ən azı 8 nəfər şagird həlak olub. Rayonun şerifi Harris Ed Qonsales “Tvitter” şəbəkəsindəki səhifəsində bildirib ki, atəş açmaqda şübhəli bilinən iki nəfər yaxalanıb. Onların məktəbin şagirdləri olduğu güman edilir. Bir nəfər polisə tibbi yardım edilir.

    ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı “Tvitter”də belə yazıb: “Texas məktəbində atışma. Son xəbərlər heç də yaxşı deyil”. O, federal və yerli hakimiyyətin insidentin təhqiqatı üçün tədbirlər gördüklərini bildirib.

    Hurriyyet.org