Texasda baş verən atışmada üç polis əməkdaşı yaralanıb

57

ABŞ-ın Texas ştatında silahlı insident baş verib.

“Report” “TASS”a istinadən xəbər verir ki, hadisə Amerikanın Sida Park ərazisində qeydə alınıb.

Bildirilir ki, atışma zamanı 3 polis əməkdaşı ağır yaralanıb.

Yerli polis idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, şübhəli şəxs hələ tutulmayıb.

İlkin məlumatlara görə, polis çağırışla mənzilin binasına gedib.