“Testlərin müsbət nəticələnməsi faizi 38-dən 28-ə düşüb” – TRAMP

33

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdəki gündəlik mətbuat konfransındakı çıxışında iqtisadiyatı tədriclə işə salmaq üçün hazırlıq aparıldığını və bəzi ştatlarda epidemiyanın yayılma tempinin azaldığını bildirib.

Tramp deyib: “Hazırda ölkəmizdə vəziyyət yaxşılaşıb. Ölkə miqyasında aparılan testlərdəki müsbət nəticə son bir həftə ərzində 38 faizdən 28 faizə düşüb. Nyu-Yorkda yoluxma halı 50 faiz, ölüm halı 40 faiz azalıb. Luizianada keçirilən testlərin müsbət cavablanması halları əvvəllər 25% olduğu halda, indi bu rəqəm 15% olub. 18 ştatda yoluxma halları azalmaqdadır”.

Hurriyyet.org