Test nəticəsi müsbət çıxan sərnişinə biletin pulu geri qaytarılır? – AÇIQLAMA

129

Xəbər verildiyi kimi, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirib.

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, xüsusi reyslər üçün satılan biletlərə ciddi tələbat olub və qısa müddətdə satılıb.

Məlumdur ki, türkiyədə minlərlə tələb, eləcə də ölkəyə qayıtmaq istəyən vətəndaşımız aylarıdır səfərlərin bərpasını gözləyir.

Vəziyyət belə olduğu halda AZAL növbəti belə reyslər təşkil edə bilərmi?

AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Cebhe.info-nun sualına cavabında “Əvvəla onu deyim ki, çarter və xüsusi reysləri AZAL təşkil etmir. Bu barədə göstəriş Nazirlər Kabineti yanında Operativ Qərargahdan gəlir. Onlar nə qərar versələr, ona uyğun hərəkət edilir”,- deyib.

Digər məsələ isə bu xüsusi reyslərlə daşınan sərnişinlər haqqında sosial şəbəkələrdə yayılan məlumatlardır. Məlumata görə, təyyarəyə buraxılmaq üçün şərt olan koronavirus testindən keçən sərnişinlərin bəziləri uçuşa 48 saat qalmış test nəticələrini ala bilməyib.

Belə sərnişinlər hansı aqibətlə qarşılaşırlar?

AZAL təmsilçisinin sözlərinə görə, sərnişinlərin uçuşdan 48 saat əvvəl test cavablarını əldə edə bilməməsini araşdırmaq lazımdır: “Koronavirus testini biz tətbiq etmirik. Tibb müəssisələrinin laboratoriyaları tətbiq edir. Ona görə də orada problem yaranıbsa, onlar cavab verməlidir. Koronavirus testinin cavabı müsbət çıxan sərnişin təyyarəyə buraxılmadığı üçün biletə etdiyi ödəniş geri qaytarılır. Lakin digər hallarda AZAL məsuliyyət daşımır”.