Tərtərdə “zapravka”da partlayış – Yaralananların adları məlum oldu – YENİLƏNİB

    12

    Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub. 

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.  

    Yaralıların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birin göndərilib. 

    ***

    Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

    Faktla bağlı araşdırma aparılır.