“Terrorun limanına çevrildik” – Almaniyadan PKK etirafı

18

Hurriyyet.org xəbər verir ki, Almaniyanın BfV adlanan daxili kəşfiyyat təşkilatının – Federal Konstitusiya Mühafizə Təşkilatının 2018-ci ilin fevral ayında hazırladığı “Ətrafımdakı radikalları və xarici ölkə agentlərini necə tanıya bilərəm?” başlıqlı hesabatında PKK/PYD terror təşkilatı ilə bağlı məlumatlar diqqəti cəlb edir.

Hesabatda deyilir: “BvF Almaniyada fəaliyyəti qadağan edilmiş PKK və onun Suriyadakı şaxəsi PYD-ni izləməkdədir. Almaniyanı sığınacaq limanı kimi görərək, buradan öz ölkələrindəki fəaliyyətlərə maddi dəstək verirlər. Türkiyədəki terror aktlarında iştirak eləmələri və ya dəstək vermələri üçün kürd mənşəli insanları öz tərəflərinə çəkərək, Almaniyanın qanunlarını pozur, qanunlarımıza zidd şəkildə təşkilata üzv cəlb eləməklə ölkələrlə münasibətlərimizi korlayırlar”.

Hesabatda PKK-nın ölkəyə gələn qaçqınları ianə və ərzaq yardımları ilə tərəflərinə çəkdikləri də qeyd edilib. Təşkilatın sosial bağlarının qurulması üçün “Zilan qadınlar”, yaxud da “Məzlum Doğan Gənclik, Mədəniyyət və İdman” adlı festivallar keçirildiyini bildirən hesabatda yazılıb: “Həqiqi ideologiyalarını gizli saxlayırlar. Onları xoşniyyət insanlardan ayırmaq çətindir”.

Hurriyyet.org