““Terrorçuluğu maliyyələşdirmə” ittihamı gizli sazişi imzalayan xəyanətkarlara qarşı irəli sürülməlidir” – NEMƏT ƏLİYEV

21

“Görün, kim kimə hansı ittihamı irəli sürür. Lap “Kor kora kor deməsə, bağrı çatlar” məsələsində olduğu kimidir. “Terrorçuluğu maliyyələşdirmə” ittihamı cəbhəçi gənc Niyaməddin Əhmədova qarşı deyil, Araz çayı üzərindən erməni terroristlərinə yol açılmasını təmin edən gizli sazişi imzalayan, həmin sazişin ratifikasiya edilməsinə razılıq verən xəyanətkarlara qarşı irəli sürülməlidir”. Hurriyyet.org xəbər verir ki, bunu iqtisadçı Nemət Əliyev deyib.

“Belə ucuz yollarla xalqın gözünə kül üfürmək mümkün deyil”

N. Əliyev qeyd edib ki, millət içərisində nüfuz sahibi olan siyasi xadimi ictimai əsaslarla mühafizə etməyi terrorizmə dəstəklə qarışdırmağa heç kəs cəhd etməsin: “Artıq belə ucuz yollarla xalqın gözünə kül üfürmək mümkün deyil. Onu da azacıq nəzərə almaq lazımdır ki, vətən torpaqlarının işğaldan azad olunması naminə həyatını qurban verməyə hazır olan oğullardan terrorizmə dəstəkçi çıxmaz”.

Şamo EMİN, Hurriyyet.org