Terrorçuların başçısı ABŞ-ı İNKAR ETDİ: “BELƏ ASANLIQLA BİTMƏZ”

    24

    “İŞİD-in kökü asanlıqla kəsilə bilməz”

    Hurriyyet.org xəbər verir ki, PKK/YPG terror təşkilatının keçmiş rəhbərlərindən olan Salih Müslim ABŞ məmurlarının “YPG ilə əlaqəmiz müvəqqətidir və taktiki xarakter daşıyır” açıqlamasına şərh verərkən deyib: “İŞİD-in kökü asanlıqla kəsilə bilməz. ABŞ bizdən vaz keçməz”.

    PKK ilə onun Suriyadakı şaxəsi olan YPG-nin ayrı-ayrı təşkilatlar olduğunu göstərməyə çalışan ABŞ rəsmiləri Türkiyənin etirazları ilə qarşılaşdığı zaman “YPG ilə əlaqəmiz müvəqqətidir və taktiki xarakter daşıyır” açıqlaması vermişdi. ABŞ məmurlarının bu açıqlamasından sonra terrorçuların arasına təfriqə düşəcəyindən və təşkilatın parçalanmasından qorxan Müslim “ABŞ bizdən vaz keçməz” mesajı verərək deyib: “Bu gün beynəlxalq qüvvələrlə müttəfiqliyimiz varsa, bu, mənfəətlərimizin üst-üstə düşməsi ilə bağlıdır. Lakin bizim üçün ən böyük dəstək xalqımızın dəstəyidir”.

    Müslim əvvəllər dəfələrlə yox edildiyi açıqlanan İŞİD ilə mübarizələrinin davam elədiyini vurğulayaraq, onun belə asanlıqla bitməyəcəyini və buna görə də beynəlxalq koalisiyanın YPG-dən asanlıqla vaz keçməyəcəyini söyləyib.

    Müslimin bu açıqlaması PKK-nı Suriyadakı şaxəsi olan YPG-nin varlığının İŞİD-in varlığı ilə birbaşa əlaqədar olduğunu və bu qondarma terror təşkilatlarının Yaxın Şərqdə qarışıqlıq yaratmaq üçün eyni qüvvə tərəfindən müharibə səhnəsinə çıxarıldığını bir daha isbat eləmiş olub.

    ABŞ dövlət qurmaq niyyətindədir

    Bu yaxınlarda “Rossiya 1” televiziyasına müsahibəsində Suriyadakı hadisələrdən danışarkən, ABŞ-ın Suriyanı parçalayıb bölgədə qondarma dövlət qurmağa çalışdığını söyləmişdi: “ABŞ burada dövlətə bənzəyən qurumlar yaratmağa çalışır”.

    Hurriyyet.org