Terrorçuların başçısı Cemil Bayık: “Türk kəşfiyyatı təşkilatın daxilinə sızıb”

255

Hurriyyet.org xəbər verir ki, PKK terror təşkilatının başçılarından olan Cemil Bayıkın etirafı terrorçular arasında çaxnaşmaya səbəb olub.

Bayık detib: “Türkiyənin Milli Kəşfiyyat Təşkilatı hazırda İraqda hər sahədə təşkilatlanmaqdadır. Onun İraqda çox güclü şəkildə təşkilatlandığını dəqiq bilirik. MKT içərimizə qədər sızıb. Qəndilə qarşı hücumlar da bunu təsdiqləmkdədir”.

Türkiyənin “Sabah” nəşrinin yazdığına görə, Türkiyənin Milli Kəşfiyyat təşkilatı ilə Türkiyə Silahlı Qüvvələrinin koordinasiyalı şəkildə ölkədaxili və sərhəddən xaricdə apardığı uğurlu nöqtə əməliyyatları terror təşkilatını dalana sıxışdırıb. Təşkilatın rəhbərləri arasında “Növbədə hansımızıq” kabusu yaşadan , Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və Türkiyə Silahlı Qüvvələrinin son iki il ərzində istifadə elədikləri ANKA-İ və TB-2 dronu ilə çox sayda terrorçunu və onların qondarma liderlərini zərərsizləşdirib.

PKK terror təşkilatının qondarma liderləri zərərsizləşdirildikcə, təşkilat çökməyə başlayıb. Terrorçular hər bir an kütləvi şəkildə təslim ola bilərlər. Son günlərdə həm Suriya torpaqlarından, həm də İraqın şimalından Türkiyə təhlükəsizlik idarələrinin əməkdaşları il əlaqə saxlayaraq təslim olan terrorçuların sayı artmaqdadır.