Terrorçudan Murat Karayılana mesaj: “Ölmək növbəsi sənə çatdı, alçaq adam!”

255

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının uğurlu əməliyyatlarından sonra dağılmağa başlamış PKK terror təşkilatında xaos hökm sürməkdədir. PKK tərəfindən edam fərmanı verilən terrorçulardan biri Murat Karayılana ratsiya ilə müraciət edərək deyib: “Növbənin sizə çatdığını anladınız. Alçaq adam!”

Türkiyənin “Sabah” nəşrinin yazdığına görə, terror təşkilatındakı çəkişmələr, qaçışlar və edam qərarları təslim olan terrorçuların ifadələrində öz əksini tapıb. Bir milyon lirə mükafat qarşılığında  axtarışda olan qondarma PKK başçısı Vədat Dəmirin qrupundakı terrorçulardan 21 nəfəri türk hərbçiləri tərəfindən zərərsizləşdirilib. Buna görə Vədat Dəmiri ittiham edən təşkilat lideri Murat Karayılan verdiyi təlimatlara əməl etmədiyi ittihamı ilə Dəmir barəsində ölüm fərmanı verib. Vəziyyətdən xəbər tutandan sonra təşkilatdan qaçan Dəmir təşkilatın Qəndildəki əsas qərargahındakı “Roj” kod adlı ratsiya vasitəsi ilə əlaqə yaradaraq Karayılanı təhqir edib.

Üç həftə bundan əvvəl Qəndildən qaçaraq sərhəd xəttində təslim olan “Muzur Madur” kod adlı Ö.K (24 yaşında) adlı şəxs türk kəşfiyyatının əməkdaşlarına belə bir hesabat verib: “O gecə stansiyada növbətçi idim. Ratsiya kodundan və səsindən tanıdığım Vədat Dəmir anons edərək dedi: “Camal başçıya (Murat Karayılan) bir sözüm var. Axırda sən də ölüm qorxusu yaşamağa başladın, alçaq adam. Ölənlər indi vecinə oldu? Sənin də, başqalarının dərdi odur ki, ölənlərin sayı çoxaldıqca, sizə növbə çatdığını başa düşdünüz. Sizə inandığım üçün mən də sizin qədər alçağam. “Hamınız cəhənnəmə gedəsiniz”, – deyə ratsiyanı bağladı. Sonra da qaçdığını öyrəndik”.