Terrorçu-kamikadze ABŞ səfirliyinin qarşısında PARTLAYIŞ TÖRƏTDİ

15

Hurriyyet.org xəbər verir ki, bu gün Tunisin patyaxtında yerləşən ABŞ səfirliyinin qarşısında kamikadze-terrorçu intihar kəmərinə yerləşdirilmiş bombanı işə salaraq partlayış törədib.

Tunisdə fövqəladə vəziyyət rejimi 2015-ci ildən qüvvədədir. 2015-ci ilin iyununda Tunisin El-Knataui kurortunda 40 nəfərin ölümünə səbəb olan terror aktı baş verib. Ardından ölkənin paytaxtındakı Bardo Milli muzeyinə hücum edilib.

2015-ci ilin noyabrında kamikadze-terrorçu prezident qvardiyasının əməkdaşlarına hücum edib.

2015-ci ildə terrorçuların ardıcıl hücumlarından sonra Tunis hakimiyyəti təhlükəsizlik tədbirləri görərək, bu Şimali Afrika ölkəsinə turist axınını bərpa eləməyə müyəssər olublar.

Hurriyyet.org