Tereza Meydən Putinə sərt xəbərdarlıq: “Əlimizdən gələni əsirgəməyəcəyik!”

    18

    Hurriyyet.org xəbər verir ki, İngiltərənin baş naziri Tereza Mey G20 sammitində Rusiya prezidenti V.Putin ilə görüşü zamanı ikitərəfli agent Sergey Skripal ilə qızı Yuliyanı kimyəvi silahla zəhərləyənlərin ədalət məhkəməsinə təslim olması üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib.

    Mey ötən il İngiltərənin Solsberi şəhərində Skripal ilə qızını zəhərələməkdə şübhəli bilinən iki şəxs barəsində belə deyib: “Rusia öz vətəndaşlarının təhvil verilməsinə icazə vermir, lakin bu iki şəxs üçün Avropada həbs əmri verilib və Rusiyadan xaricə addım atacaqları təqdirdə ədalətə təslim edilmələri üçün əlimizdən gələni edəcəyik”.

    Mey daha sonra deyib: “Rusiya dünya miqyasında sabitliyi pozan davranışlara son verməlidir. Buraya dezinformasiya və siber hücumlar da daxildir”.

    G20 sammiti zamanı çəkilən fotolarda Mey ilə Putinin ikitərəfli danışıqdan əvvəl əllə görüşdükləri zaman ingilis baş nazirin gülmsəməməsi və üzündə sərt ifadənin olması diqqəti cəlb edib.

    Hurriyyet.org