Əsgərlər üçün mühüm qərar

    9

    Tərəflərin əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları sahəsində götürdüyü öhdəliklər sırasında Azərbaycanda mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə əsaslanaraq səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş institusional islahatları müəyyən etməklə, Məşğulluq Konsepsiyasının layihəsini hazırlamaq, ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq, məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən icbari sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirmək, işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədi ilə əsassız olaraq müddətli müqavilələrin bağlanmasına yol verməmək, mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək, Beynəlxalq Əmək Təşkilatının 1988-ci ildə qəbul olunmuş “Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında” 168 nömrəli Konvensiyasının ratifikasiya imkanlarını araşdırmaq, peşə ixtisasları üzrə standartların beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmasını davam etdirmək yer alıb.