Təndiri yandırmaq istəyən qadın evi partlatdı – Gəncədə

    33

    Gəncə şəhərində mənzillərin birində qazın partlaması nəticəsində qadın ağır yanıq xəsarətləri alıb.

    Hurriyyet.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə bu gün Cavad Xan qəsəbəsində təxminən saat 09:30-da qeydə alınıb.

    1961-ci il təvəllüdlü Gəncə şəhər sakini Flora Həşimova evdə təndiri yandırarkən, güclü partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.

    Yaralının vəziyyətinin ağır olduğu, onun 3-cü dərəcəli yanıq xəsarətləri aldığı bildirilir.

    Yaralının Bakıdakı xəstəxanalardan birinə aparılması nəzərdə tutulub.

    Faktla bağlı araşdırma aparılır.