“Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib” – NAZİR

    21

    Ötən il Azərbaycanda qeyri-leqal dövriyyədən 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında bildirib.

    Nazir qeyd edib ki, hesabat dövründə mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

    Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib./apa/