Təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib – VİDEO

    18

    Genişmiqyaslı təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib. Bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər.

    Hurriyyet.org xəbər verir ki, gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.