Televiziya aparıcısının geyiminə görə ARAŞDIRMA

    21

    Səudiyyə hakimiyyət orqanları qadınların sürücülük qadağasının sona çatdığını xəbər verərkən "abırsız" geyimdə olduğu üçün qadın televiziya aparıcısını araşdırır.

    Aparıcı Shireen al-Rifaie kamera qarşısında olanda külək onun uzun paltarını – abayasını açıb və altındakı paltarlar görünüb.

    Bu görüntü onlayn platformada qəzəb yaradıb və "Riyadda_lüt_qadın_sürücü" ("naked_woman_driver_in_Riyadh") ərəb həştəqi ilə yayılaraq tənqidə səbəb olub.

     

    Dubayda yerləşən Al Aan TV-də işləyən səudiyyəli aparıcı Shireen al-Rifaie hər hansı bir səhvə yol vermədiyini deyib.

    Səudiyyə Ərəbistanının kral ailəsi və dini quruluş sünni İslamın sərt versiyası olan vəhabilik məzhəbini yürüdür.

    Hakimiyyət orqanları onilliklər ərzində ciddi geyim qaydaları tətbiq edib. Burada müsəlman qadınlar ictimaiyyət arasında abayə və baş örtüyü geyinməlidirlər.

     

    Zaid Benjamin@zaidbenjamin

    General Authority for Audiovisual Media investigates anchor Shereen Rifai “for violating regulations and instructions” by “wearing indecent clothing” during a report she present on ending the ban on women driving in according to Okaz newspaper

    1:20 AM – Jun 27, 2018

     

    Presentational white space

    Ancaq mart ayında vəliəhd şahzadəsi Məhəmməd ibn Salman qadınların abaya geyinməyə məcbur olmadıqlarını və sadəcə "həyalı" geyinməyin lazım olduğunu deyib.

    Audiovizual Media üzrə Səudiyyə Baş Komissiyası çərşənbə axşamı Twitter-də yazıb ki, adı açıqlanmayan televiziya aparıcısının videosu ilə əlaqədar araşdırma aparıldığını deyib. Buna səbəb onun "abırsız, qayda və təlimatları pozan geyimdə" görünməsidir.

    Aparıcı Shireen al-Rifaie bu iddianı rədd edib. O, Səudiyyə Ərəbistanı xəbər agentliyi Ajel-ə deyib ki, "mən abırlı paltar geymişdim və Allah mənə söylənilənlərin həqiqətini meydana çıxaracaq". \\BBC

     

    Hurriyyet.org