“Televiziya efirlərində gün ərzində Rəsulzadənin portretinin nümayiş etdirilməsini təklif edirəm” – ARİF HACILI

30

“Hər evin balkonundan, ya pəncərəsindən üçrəngli bayrağımız, Rəsulzadənin portretləri asılsa…”

“Karantin şəraitində də 28 May Respublika Günü layiqincə qeyd edilməlidir. Müsavat Partiyası 1 saat ərzində Novxanı kəndində M.Ə.Rəsulzadənin heykəli önündə, karantin şərtlərini nəzərə almaqla tədbir keçirmək barədə qərar qəbul edib”. Hurriyyet.org xəbər verir ki, bunu  Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Hər çür çətinliklərə rəğmən, xalq olaraq dəyərli bayramımıza sahib çıxmalıyıq”

A.Hacılı həmin gün Hərbi Hava Qüvvələrimizin Bakı şəhərinin  səmasında göstərilərini, toplardan fişəng atılmasını, televiziya efirlərində gün ərzində M.Ə. Rəsulzadənin portretinin nümayiş etdirilməsini  təklif edib: “Hər evin balkonundan, ya pəncərəsindən üçrəngli bayrağımız, Rəsulzadənin portretləri asılsa, gecə havaya uçan çıraqlar, dilək şarları buraxılsa, bayram tədbirlərimizdə bir yenilik olar. Hər çür çətinliklərə rəğmən, xalq olaraq dəyərli bayramımıza sahib çıxmalıyıq”.

Şamo EMİN, Hurriyyet.org