Təhsil sektorunda mənimsəmə: şöbə müdirinə cinayət işi açıldı

    6

    Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.

    Hurriyyet.org open.az-a istinadən xəbər verir ki, sabiq şöbə müdüri barəsində toplanan cinayət işinin materialları baxılması üçün Baləkən rayon Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Hümbət Səlimovun icraatına verilib. İş məhkəmə baxışındadır.

    İş üzrə zərərçəkən Balakən rayon Təhsil Şöbəsi tanınıb.

    Qeyd edək ki, Mahir Dibirov barəsində Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.