Təhsil Nazirliyindən sinifdə rəqs edən müəllimlə bağlı açıqlama – VİDEO

3

Azərbaycanın orta məktəblərinin birində müəllimin sinifdə “Məsti Xumar” mahnısına rəqs etməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılacaq.

Hurriyyet.org xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Publika.az-a bildirib ki, hələ ki, sosial şəbəkələrdə yayılan görüntülərin hansı rayonda və təhsil müəssisəsində çəkildiyi məlum deyil.

O bildirib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkədə qadın müəllimin sinifdə Məsti Xumar” mahnısına rəqs etdiyi görüntüləri yayılıb.