Təhsil haqqında düşüncələrim: emosionallıq, yoxsa intellektuallıq… – III HİSSƏ

12

Allahverdi Eminov

Qədim filosoflar çağdaş, belə demək mümkünsə, XX və XXI əsr hik­mət­çi­­­lərindən çox-çox üstün proqnozlaşdırma təfəkkürünə malik olmuşlar. Ona görə də analitik məqalələrdə, kitablarda, monoqrafiyalarda onlara istinad edirik, yəni on­­larsız keçinmirik. Mən belə bir yanaşmanı bütün elmlərə şamil etməzdim: təhsil və tər­biyə anlayışlarını nəzərdə tutmaqla kifayətlənirəm. Bu uzaqgörənlər də öz döv­­­rü­nün məktəblərində oxumuşlar, müdriklərdən öyrənmişlər və bu simalar hansı təh­­­sil sənədlərinə (tədris planı, proqramlar və s.) əsaslanmışlar ki, böyük şəxsiy­yət­lər yetişdirmişlər? Adlarını sadalamağa ehtiyac görmürəm, birdirmi, beşdirmi, on­dur­­mu?! Hələlik üç “sağayağı”nı: Sokratı (e.ə. 469-399), Platonu (e.ə. 428-347) və Aris­­toteli (e.ə. 385-322) daha çox hallandırırıq.

 (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/tehsil_haqqinda_dusuncelerim_emosionalliq_yoxsa_intellektualliq_-_ii_hiss)

İntellektuallığı hədsiz virtual səviyyəyə gətirib çıxarmaq həvəskarı olan Ka-ku insan faktorunu tamamilə unudur, – desəm yanılmaram. Kim sevmir intellektual ol­­­mağı? Amma insan beyninin də həcmi və düşünmək imkanı, yaxud sərhəddi möv­­cuddur. Beyin ürəksiz milyardlarla üzvlərdən ibarət ət parçasıdır. Beyin dü-şün­­düyünü ürəyə mübhəm (bizim üçün) vasitələrlə göndərir, ibtidai formada buna “siq­­nallar” deyirik. Belə qoşa ahəng – bağlılıq insanın mənəvi – ruhi ovqatını, poe­tik hisslərini, bir xoşagəlməz faktdan, hadisədən, xəbərdən kədərlənməyi, insan it­ki­­­sindən ağlamağı stimullaşdırır. Uzağa getməyək: dünya miqyasında intellektual sə­­­viyyəyə sahib kəsilən gənclər, yaxud 30-40 yaş arasında insanlar nə qədər rəzil, al­­çaq hərəkətlərə yol verir, ictimaiyyət içərisində özlərini ədəbsiz aparır, hətta so-yun­­maqdan belə çəkinmirlər. Nə qədər alimlər var son dərəcə insanlara qarşı la­qeyd­­dirlər, hissləri korşalmışdır, öz anasına, atasına laqeydləşmişdir, öz övladını qo­­yub “gizlənir”, taleyilə əsla maraqlanmır. Budurmu, intellektuallığa ifrat yiyə­lən­­məyin faydası?

Kaku hədsiz intellektuallığa, informasiya bolluğuna yiyələnməyi birinci şərt he­­sab edir və bütün uğurları bu iki amilə bağlayır, olsun, kim tərəfdarı deyil. Yax­şı, sual olunur görkəmli fizikə: “Təkcə kənd təsərrüfatına inanan millətlər çox da-vam gətirə bilməz, onlar yoxsulluğa məhkumdurlar?” – suala cavabı belədir. Nə qə­­dər absurd iddiadır. Mən də sual edirəm: – İntellekti inkişaf etdirmək, informasi­ya mənbələri yaratmaq, tikinti – quraşdırma sənayesi, texnologiyası yaratmaq üçün qi­­dalanmağı, dəmiri, daşı, taxtanı haradan “qapmaq” lazım gələcək. Kənd təsərrü­fa­­tının inkişafına bu gün daha böyük ehtiyac vardır. Süni qidaların geniş istehsalı­nın insan sağlamlığına ciddi fəsadlar yaratması Dünya mütəxəssisləri tərəfindən sü­­buta yetirilmişdir, bizim ölkəmizdə də belə faktlar az deyil. Bu baxımdan xüsu­si­lə, son illərdə Azərbaycanda aqrar sənayesinə, kənd təsərrüfatına diqqətin artırıl­ma­­sı sahəsində rəsmi qərarların, sərəncamların və sairin verilməsi üzərində çalı­şan­­lar fizik olmasalar da Kakudan az bilmirlər.

“Ən gəlirli sahələr biotexnologiyalar və süni intellektlə bağlı sferalar olacaq” – de­yən alim unudur ki, bunların uğuru sağlam insan düşüncəsilə, sağlam bədənlə, sağ­­lam hisslərlə əlaqəlidir. Atom, hidrogen bombalarının yaranması ərəfəsində Ka­ku kimi öyünənlər, elmin inkişafında möcüzələr yaradanlar az deyildi. A.Eynşteyn, Ç.Darvin, Openqeylmer, Lütfi Zadə, Yusif Məmmədəliyev kimi dahilərin səyilə bu aman­sız kəşf­lər, silahlar başa gəldi və nəticəsi milyonlarla insan qırğını ilə sonuc­lan­dı. İstis­na olunmadı. Atom bombasının yaradıcılarından biri Openqeymer ürək ağ­rısı ilə son­ralar öz peşimançılığını söylədi.

Robotların taleyini görkəmli Amerika fantastı Ayzek Əzimov romanlarında təs­­vir etmişdir. M.Kaku yaxşı ki, bir cavabında etiraf etmişdir: “Real uğur əldə et­mək üçün robotların bacarmayacağı qabiliyyətləri inkişaf etdirmək lazımdır: yara-dı­­cılığı, təxəyyülü, liderlik keyfiyyətini, təşəbbüskarlığı”. Deməli, gəlib çıxırıq in­sa­­nın yaradıcı istedadına, insanın daxili – mənəvi hisslərinə. İntellekt öz nəzəri işi­ni görsün, amma insan varlığı ilə, onun sevinci – kədəri, məhəbbəti ilə işi olmasın, sax­­lasın arxivində. Hər düşünən və həyata vəsilə olan ideyanı cəmiyyətə tətbiq et­mək, arxasında gizlənən mürtəce fəlsəfəsinin tətbiqinə nail olmaq milyardlarla in­sa­­nın taleyilə oynamaqdır. Belə fövqəl alimlər: fiziklər, riyaziyyatçılar, ufoloqlar, bio­­­loqlar və sairlər yaxşı olardı ki, Yer səthində bu cür insana əlacsızlıq gətirən iş­lər­­də baş sındırmaq əvəzinə, Kosmosda insan yaşayan bir məkanı tapsınlar, bizim sa­­lam­larımızı onlara yetirsinlər. Yoxsa, Kakunun etirafı?

30-50 ildən sonra insanları işsiz qoymaq, dəruni hissləri kobudlaşdırmaq, bir can­­lı qarışqanın ölümünə belə, laqeyd qalmamaq hisslərinin daha optimal yollarını, va­­sitələrini tapsınlar, ən azı dahi azərbaycanlı – türk, elə Amerikada yaşamış Lütfi Za­­dənin dahiyanə kəşflərindən ibrət alsınlar. Kukunun ana vətəni Yaponiya uzun il­­lərdir Lütfi Zadə intellektindən bəhrələnir!..

Deməli, azər – türk milləti olaraq zatımızda, kökümüzdə (soyumuzda) intel-lek­­tual dəyərlər heç də dördəlli yapışdığımız Qərbdən (ümumi adla) az deyil, bəh­rə­­lənmək kifayət edir; üzümüzü pedantlıq, saymazlıq, nəzakətsizlik, abırsızlıq, açıq-saçıqlıq aşılayan təhsildən çevirməliyik. Müəllimlərinin gəlişindən qımıldan­ma­­yan, dizdən yuxarı şalvarda uzanan, valideynin yanında siqaret sümürən, ictimai yer­­də qızı bağrına basan, səsindən qulaq tutulan şagirddən, tələbədən nə ummaq olar?

Mən təhsillə bağlı düşüncələrimə (bu məfhumda romantizm yox deyil) Şərq fəl­­səfi fikrilə başlamışdım, elə bu ovqatla bitirmək qərarına gəldim. Hansı ki, IX-X əsr­­lərdə yaşamış dahi filosofumuz Əbülhəsən Bəhmənyarın Şərqdə daha çox məş­hur­­laşmış “Təhsil traktakı” ilə yekunlaşdırmağı məqsədəuyğun hesab edirəm. Alim təh­­sili fəlsəfəsilə yanaşı insan tərbiyəsinə də önəm vermişdir. Bu silsilədə “nəfs” an­­layışını ayrıca səciyyələndirmişdir: nəfsin nəbati, heyvani və insani növlərini fərq­­ləndirmişdir: birinci qidalanmadır, ikinci şəhvət və qəzəbdir, üçüncü qavrayı­cı­dır. O, hər üç növ nəfsin birləşdirilməsinin tərəfdarı olmamışdır, onların arasındakı key­­fiyyət fərqləri mövcud olduğu haqqında yazmışdır ki, insanda, başqa heyvan­lar­­da “bir nəfs qüvvəsi var” deyəndə, məsələn, xurmada olan nəfs qüvvəsini nə­zər­də tutmuruq, əksinə, nəbati nəfs fərqləndirici əlamətlərə görə müxtəlif olan cinsi bir mənadır. İnsandakı nəbati nəfs qidanı elə məsrəf edir ki, o, bədəni insani dərke­di­­ci qüvvələr üçün alət olmağa gətirib çıxarır. Bəhmənyara istinad etməkdə bir mə­qa­­ma toxunuruq ki, insanı rəzilliyə, alçaqlığa, rüşvətə, xalqın cibinə girməyə vadar edən məhz nəfsdir. Bu fikri Bəhmənyarın xələfi N.Tusi daha geniş müstəvi­də təhlil et­­mişdir.

İnsanlıq problemi əzəlidir, çünki onun üçün mütləq qanunlar yoxsa da ailə və məktəb fenomeni əbədidir, bir şərtlə, uşaqları intellektual inkişafın əsiri etmə-yək. Ətrafımızda neçə-neçə yüksək səviyyəli insanlar xəstə halla yaşayırlar. Xəstə adam­­larda isə sağlamlara qarşı aqressivlik, həyata qarşı nifrət kimi hisslər oyanır. Oxu­­sun, savadlansın, daha təhsil sistemi riyazi elmlərə qurban verilməsin, ədəbiy-yat, incəsənət, estetika məktəblərdən sıxışdırılıb çıxarılmasın. Beş-altı yaşlardan oxu­­yub əzbərlədiyimiz, ahıl illərimizdə də xoş ovqatla xatırladığımız M.Ə.Sabirin, A.Səh­­hətin, A.Şaiqin ölməz şeirlərini şagirdlərin içində – ruhunda öldürməyə cəhd ol­­masın. Balalarımız həyatın, yaşamağın zövqünü duysunlar, belə olanda onlar və-zi­­fədə nə quru pedant, nə süründürməçi, nə rüşvətxor, nə də sərt çinovnik olmaya-caq­­lar – buna zəmanətliyəm.