Təhsil haqqında düşüncələrim: emosionallıq, yoxsa intellektuallıq… – II HİSSƏ

9

Allahverdi Eminov

Qədim filosoflar çağdaş, belə demək mümkünsə, XX və XXI əsr hik­mət­çi­­­lərindən çox-çox üstün proqnozlaşdırma təfəkkürünə malik olmuşlar. Ona görə də analitik məqalələrdə, kitablarda, monoqrafiyalarda onlara istinad edirik, yəni on­­larsız keçinmirik. Mən belə bir yanaşmanı bütün elmlərə şamil etməzdim: təhsil və tər­biyə anlayışlarını nəzərdə tutmaqla kifayətlənirəm. Bu uzaqgörənlər də öz döv­­­rü­nün məktəblərində oxumuşlar, müdriklərdən öyrənmişlər və bu simalar hansı təh­­­sil sənədlərinə (tədris planı, proqramlar və s.) əsaslanmışlar ki, böyük şəxsiy­yət­lər yetişdirmişlər? Adlarını sadalamağa ehtiyac görmürəm, birdirmi, beşdirmi, on­dur­­mu?! Hələlik üç “sağayağı”nı: Sokratı (e.ə. 469-399), Platonu (e.ə. 428-347) və Aris­­toteli (e.ə. 385-322) daha çox hallandırırıq.

 (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/tehsil_haqqinda_dusuncelerim_emosionalliq_yoxsa_intellektualliq)

Şərqin çağdaş təhsil sistemindən – müasirliyi inkar etmədən, milli dəyərlə-ri­­mizə yardımçı olan elementlərin tətbiqi şərtiylə nə qədər uzaqlaşarıqsa yalnız iti­rə­­cəyik. Bu, artıq utanc gətirən bir faktdır. Sözü havaya qovmaqla: bizdə təhsil il­bəil inkişafdadır (hətta tərəqqidədir), obyektivlik meyarı öndədir, tədris planları və proq­ramlarımız, dərsliklərimiz yetərlidir – pafoslu, ritorik fikirlərlə uşaqlarımız nə əx­­laqi dəyərlərə, nə də islami intellektə sahib kəsiləcəklər. Birinci tərəf (əxlaqi üs­tün­­lüklər) iflasa uğramaqdadır, qarşısı alınmır nə qədər səy göstərilsə də. Narko­ma­­niya, siqaretçəkmə, oğurluq, dələduzluq, dözümsüzlük, zorlama, qəddarlıq və sair­­lər gözümüzün qabağında baş verir (valideynlərini öldürürlər). Mən xırdaca nə-za­­kətsizliyin adını çəkmirəm. Bu yeniyetmələr, gənclər on bir il orta məktəbdə oxu­­mamışlar? İntihar edən uşaqlar on bir il təhsil almamışlar? Bəs Təhsil Nazirli­yi­­nin rəhbər vəzifəli şəxsləri ritorik hesabatlarına bu faktları nə üçün daxil etmir­lər? Yuxarıda dediyimiz kimi: təhsil yaşayan (canlı) orqanizmdir, ancaq bilikalma­dan ibarət deyil. Bir faktı xatırlatmaq istərdim ki, 20 ildən çoxdur (neçə təhsil nazi­ri kresloda oturub, hörmətlə (!) yeri başqa vəzifəyə dəyişdirilmişdir) Azərbaycan Res­­publikası Təhsil Nazirliyi tərəfindən Ölkəmizdə gənc nəslin (məktəblilərin) tər­bi­­yəsi (təlimi ayırmaqla) ilə bağlı geniş formatda konfrans, müşavirə və s. bu tipli təd­birlər keçiril­mir, bu barədə düşünülmür. Xırda-para tədbirlər əyalət səciyyəlidir. Bir mühüm sə­bəb nazirliyin məsul əməkdaşları “Tərbiyə nəzəriyyəsi”ndən bixəbər yol­daşlardır. Bu icraçılar arasında hərçənd, alimlər də var, bəlkə də professorlardır, la­­kin peşəkar pedaqoqlara rast gəlmirik, mavi ekranı ona görə bu elmdən, onun nə­zə­­riyyə və prak­tikasından cüzi məlumatı olan başqa peşənin sahibləri zəbt etmək­də­­dirlər fik­rim­cə. Telekanallarla Təhsil Nazirliyinin əlaqəsi çox zəifdir, tele­viziya rəh­bərliyinə bu ciddi və vacib mövzuların siyahısı təqdim olunmalıdır. Sovet dö­nə­min­­də bu, var idi. Xatırlayıram ki, 1983-cü ildə Televiziyada müvafiq redaksiyaya (mər­hum sədr müa­vini Elşad Quliyev) dəvət aldım. Müdir Araz Əliyevlə Elşad müəl­­limin qəbu­lun­da xeyli söhbət etdik və “Pedaqoqika” verlişinin ekran həyatını ya­­şadım. Eləcə də İkinci tərəf şagirdlərin ifrat intellektuallığı ilə bağlıdır, müasir mək­­təblə­ri­miz demək olar ki, bu yönə hesablanmışdır. Bilik (savad) mütləq la­zım­dır, vacib şərt­dir, lakin bu, yüksək əxlaqa (davranışa) zəmanət vermir. İntellekt xas­­sələrin ierar­xaiyasıdır, fərziyyələr mənbəyidir, əqli dəyərlərin məcmusudur və ila­­xır – əxlaq de­yil, “şəri” “xeyrə” döndərməkdə acizdir, gücsüzdür. Müharibə elan edib qantö­kən­lərin məgər intellekti yox idi? Sokrat səviyyəli müəllimi olan hökm­dar İs­gən­dər yüz­min­lər­lə insan qanı tökdürmədimi? Qan gölməçələri yaratmadımı? Bi­zim uşaq­lara (şa­gird­lərə) “avropalaşmış təfəkkür” lazım deyil, ifrat inkişaf həd­di­nə ça­tan­da yabançı ha­la düşür. Təhsili intellektlə ölçüb qiymətləndirmək, hansısa mək­­təbi məzunla­rı­nın ali məktəblərə qəbulunun sayı ilə “bayraq” etmək təəssüf ki, bu gün də dəbə min­mişdir; vaxtilə (Sovet məktəbində) bu deviz aparıcı faktor sayı­lır­­dı (Onun şa­hid­ləri şükürlər ki hələ yaşayırlar), lakin dilə gətirən rəsmilər yox­dur: fi­lan ci­na­yət­­kar məzunlar hansı pedaqoji kollektivin “məhsuludur”. Yalnız mək­tə­bin içində in­tihar, şagirdin döyülməsi hadisəsi baş verəndə respublikanın icra funk­sio­nerləri aya­ğa qalxır, hüquq – mühafizə orqanlarının yadına məktəb düşür. Bu gənc­lərin hə­yata atılmasından əvvəl hansı şagirdin daha çox bilməsi ilə yox, daha tər­biyəli ol­ması ilə maraqlanmalıyıq. Məşhur fransız filosofu Mişel Monten yaz­mış­dır ki, biz yalnız yaddaşımızı biliklə doldurmaqla məşğul oluruq, vicdanımızı isə rahat bu­ra­­xırıq: bəzən quşlar yerdən tapdıqları buğda dənəsini yemədən dim­dik­lərində öz ba­laları üçün aparırlar, eləcə də bizim pedantlar kitablardan bilikləri dar­tıb çıxa­ra­raq onları dodaqlarının ucunda saxlayırlar ki, fürsət düşəndə burax­sın­lar.

He­yif­si­lə­­nirsən ki, 15-20 illərdir idarələrdə, nüfuzlu strukturlarda rəhbər pe­dant­lar kök sal­mış­lar baxmayaraq, respublika Prezidenti İlham Əliyev cənabı bu mən­fi psixologi-ya­nı tənqid edir, xalqın iradəsi əleyhinə üsul kimi səciyyələndirir.

Bu da ifrat intellektuallığın nəticəsi.

Yadıma yapon əsilli Amerika fiziki Miçio Kakunun verdiyi müsahibəsi düş­dü. Fikrimcə, nəticələr çıxarmağa və münasibət bildirməyə dəyər:

Alim bu gündən başlayaraq elmin inkişafının əsas istiqamətini ifrat intellektə yi­­yələnməyə bağlayır və fəlsəfəsində bu amil dayanır. Bir növ təhsili fərdi müta-liə­­yə, öz üzərində işləməyə və yeni daha modern texnalogiyaya bağlayır. Universi-tet­­lərdə “həyata keçirilən mülahizələrə üz tutanlar uğursuz sayılacaq – az qala itti­ham edir: “O (professor – müəllimləri nəzərdə tutur) öz təhsil sistemini özü ni­zam­la­ya bilmir” bildirir. Diplomların gərəksizliyini israrla deyir, gərəksiz olacağına zə­ma­nət verir, şəx­si təhsillə əsaslandırır, “ehtimal ki, xüsusi sertifikasiya mərkəzləri ya­ranacaq. Ali­min böyüklüyünə inanıram, lakin onun öz nəzəri düsturlarının insan – şəx­siyyət fak­toruna laqeydliyini də gizlətmirəm. Diplom iki vərəqdən ibarət sə­nəd deyil: əl-boy­da səliqəli “kitabça” simvolik olaraq bir sabiq məzunun (tələbə­nin) 4-5 illik gər­gin fiziki və elmi biliyinin məhsuludur, yüzlərlə (ola bilsin) alimin əmə­yinin mad­diləşmiş nəticəsidir!

Məntiq bundan ibarətdir Kakunun fikrincə – sənətə, peşəyə, savada – biliyə yi­­yə­lənən hər bir şəxs istənilən yerdə: elmi, yaxud praktik səciyyəli vəzifədə çalış­maq hüququ vardır, çünki Kaku universitet təhsilini II, III dərəcəli məkan hesab et­mir. Göstərir ki, nəticədən asılı olaraq mütəxəssis (təhsilləmi, yoxsa şəxsi mütaliə ilə yetişmişmi? – A.E.) ya iş əldə edəcək, ya da yox”. Bu gün paradoks yox de­yil. Fi­zikin qənaətincə “İnsan təhsil prosesi zamanı əldə etdiyi diplomları (və digər sə­nədləri – A.E.) işə götürənə təqdim edir”. Əgər alim – müəllif diplomu gə­rək­­siz sa­yır­sa haradan çıxdı bu diplom(lar)?

(Ardı var)