Təhsil haqqında düşüncələrim: emosionallıq, yoxsa intellektuallıq?

27

Allahverdi Eminov

Qədim filosoflar çağdaş, belə demək mümkünsə, XX və XXI əsr hik­mət­çi­­­lərindən çox-çox üstün proqnozlaşdırma təfəkkürünə malik olmuşlar. Ona görə də analitik məqalələrdə, kitablarda, monoqrafiyalarda onlara istinad edirik, yəni on­­larsız keçinmirik. Mən belə bir yanaşmanı bütün elmlərə şamil etməzdim: təhsil və tər­biyə anlayışlarını nəzərdə tutmaqla kifayətlənirəm. Bu uzaqgörənlər də öz döv­­­rü­nün məktəblərində oxumuşlar, müdriklərdən öyrənmişlər və bu simalar hansı təh­­­sil sənədlərinə (tədris planı, proqramlar və s.) əsaslanmışlar ki, böyük şəxsiy­yət­lər yetişdirmişlər? Adlarını sadalamağa ehtiyac görmürəm, birdirmi, beşdirmi, on­dur­­mu?! Hələlik üç “sağayağı”nı: Sokratı (e.ə. 469-399), Platonu (e.ə. 428-347) və Aris­­toteli (e.ə. 385-322) daha çox hallandırırıq. Sokratın da müəllimi vardı, onun da Platonu yetişmişdi, bu şəxsin də Aristoteli! Orta əsrə gələndə Şərqdə Əhməd Bu­­rini (973-1043), Əbuəli İbn Sina (980-1037), Bəhmənyar (?-1066), Əbunəsr Fə­ra­­bi (870-950), Nəsirəddin Tusi (1201-1274) və başqalarının elmi irsi bu gün də əhə­­miyyətini saxlamaqdadır. Diqqət yetirsək, adları çəkilənlər və bir o qədər də ad­la­­rı çəkilməyənlər Şərq mühitindən, onun valideynləri tərəfindən verilən əxlaq tər­bi­­yəsindən, təhsil sistemindən asılıdır. Hərçənd, 70 il Sovet ideoloqları bu danıl­maz həqiqətin inkarında dayandılar, imkan yaratmadılar, barı müsəlmanlar öz təh­sil­­lərini milli zəmində qursunlar və inkişaf etdirsinlər.

Səbəbi gün kimi aydın idi: İs­­lamçılıq birinci növbədə, təmiz əxlaqı önə çəkir, lap Sokrat ol, tərbiyən yoxsa qa­ra qəpiyə dəyməzsən.

İkincisi, Quranda ən dahiyanə kəşflərin izləri verilmişdir.

Üçün­­cüsü, dünyəvi təhsil sistemi IX əsrdən başlayaraq xalqın balalarına verilirdi, məş­­hur “Nizamiyyə” (dahi şairimiz Nizamilə əlaqəsi yoxdur) adı ilə Yaxın Şərqdə fəa­liyyət göstərirdi.

Bu məqamda hamımızı düşündürən bir sual ortaya düşməyə bil­­məz: bu dövr təhsil sisteminin gücü nədə idi hərtərəfli, özü də ən yüksək dərə­cə­də şair, riyaziyyatçı, astronom, filosof, poliqlot, fizik və s. bir şəxsin varlığında bir­ləş­­mişdir. Bircə özümüzkilərdən Bəhmənyarı və Tusini nümunə gətirərdim.

Suala elə-belə ritorik cavab vermək təbiri caiz deyil, dərin mənəvi və sosial kök­­ləri yox deyil. Bəlkə şeir yazmaq üçün xüsusi kurslar açmışdılar: Ömər Xəy-yam və Nəsirəddin Tusi ordan çıxıb riyazi təmayüllü məktəbdə nahardan sonra oxu­­yurdu? Yaxud, astronomiyanın incəliklərini mənimsəyirdi? İmam Qəzali, Qət­ran Təbrizi və başqaları da eləcə. Bu fakt da yetərli olmayacaq. Bəlkə ayrı-ayrı hökm­­darların hakimiyyəti ilə bağlıdır ki, elm, ədəbiyyat və incəsənətin inkişafına yük­­sək şərait yaradılmışdır? Məsələn, Sasani hökmdarı Ən-Nuşirəvanın (531-578) tə­­şəbbüsü ilə yaradılmış Cundeysabur mədrəsəsinin geniş dairəsi səbəbkardı? Bu məd­­­rəsədə dünyanın qiymətli elmi əsərləri tərcümə yolu ilə oxunurdu. İslamdan çox-çox qabaq “Hərran mədrəsəsi” də mövcud idi. Albaniyada, o cümlədən, Azər­bay­­canda (IV-VII əsrlərdə) antik alimlərin əsərləri yayılırdı. Yaxud, “Elm evi” (“Hik­­mət evi”) məktəbi təsis eidlmişdi ki, müsəlman Şərqində elmin və mədəniy­yə­­tin inkişafında böyük cığır açmışdı. Gəlin, müqayisə olaraq: VII əsrdən ərəb dili­nə kimlərin əsərləri tərcümə olunmuşdu? Pifaqor, Evklid, Platon, Aristotel, Ptolo­mey, Qalen, Plotin və qeyrilərinin. İnciməzlər bizim elm, təhsil məmurları ki, vəzi­fə­­də oturub, dövlətdən aldığı yüksək məvaciblə, digər səlahiyyətlərilə öz əsərlərini hət­­ta xarici ölkələrdə nəşr həvəskarlarına çevrilmişlər. Dövlətin ayırdığı pulla nə üçün dünyanın ən məşhur əsərlərini (riyazi və fəlsəfi, iqtisadi janrları nəzərdə tutu­ruq) doğma dilimizə tərcümə etdirmirlər? 70 ili başa düşdük, rus hökuməti bu işi biz müsəlman – türkləri üçün etmədi, çünki idrakımızın gücünə və əxlaqımızın tə­miz­­liyinə bələd idi. Bəs, müstəqilliyimizin bu gün-sabah 30 ili olur, yenə “ayıl­ma­mı­­şıq” ki, antik filosofların, elm xadimlərinin və başqa mütəxəssislərin lazımlı, ba­rı, gənc nəslə fayda gətirəcək kitablarını oxusunlar.

Orta məktəblərdən başlamış ali təhsil müəssisələri də daxil olmaqla “Mən-tiq” anlayışı mövcuddur, testlərə yardımçıdır, universitetlərimizdə bir fənn kimi təd­­ris edilir. Paradoksa bax ki, tam orta məktəbdə keçilmir, deməli, dərsliyi də yox­­dur. Halbuki, ötən əsrin 50-ci illərində proqrama salınmışdı, mərhum filosof Qə­­dəmşah Sadıqovun “Məntiq” dərsliyi işlənirdi. Ali təhsil müəssisələrində yega­nə tanınmış məntiqçi, filosof – alim Mahir İsrafilovun “Məntiq” dərsliyidir ki, 30 il­­dən artıqdır istifadə olunur. Haşiyə çıxım ki, həm orta məktəblərin, liseylərin və ali təhsil verən müəssisələrin tədris planlarına yenidən baxmağın (daha təhsildən xə­­bərsiz məmurların iradəsilə yox) vaxtı çatmamışmı?

Bir məsələni xatırlatmaq istərdim: şagirdlərimiz on illərdir (sovet dönəmin­dən) nitqin səlisliyini, çevikliyini, məntiqiliyini və s. mənimsəməkdən məhrumdur-lar, ayrı-ayrı fənlərin üzərinə yük kimi atılır, hətta dəqiq fənn müəllimlərini də bu “yü­­kün” altına çəkirlər. Nitq mədəniyyətinə yiyələnmək elə də sadə vərdiş, qabi­liy­­yət deyil, bu uğura nail olmaq üçün xüsusi fənn tədris prosesinə daxil olmalıdır, ay­­rıca dərsliyi şagirdlərin ixtiyarına verilməlidir. Uzağa nə üçün gedirik. Yüksək və­­zifəli məmurlarımız var fikrini ifadə edə bilmir, sanki neft quyusundan köhnə üsul­la “kerosin” çıxarır! Deputatlarımızla qarşılaşırıq – iki-üç cümlədə fikrini ya-zı­­lı vasitə ilə (şparqalka) ifadə edir (fikrimcə, deputatlığa namizədliyini irəli sür­mək üçün onları “testdən” keçirmək ən optimal üsul olardı, qalmaqallar, anarxi­ya­lar yaranmazdı), kəkələyir mavi ekran qarşısında. Nitq mədəniyyətinin məzunlarda zəif­­liyi, yoxsulluğu da təhsilvermənin bir atributudur. Məntiqi təfəkkürə (yaxud mü­­hakiməyə), nitq səriştəliliyinə, ritorikaya, etik davranışa malik nəsil yetişdirmək is­­təyiriksə streotip vərdişlərdən, yanaşmalardan təhsilin canını xilas etməliyik. Bə­li, “təhsil” canlı orqanizmdir, onu yaşadan insandır!

Dünya ilahiyyatına, Quranın müəllifi Məhəmməd Peyğəmbəri bəxş etmiş ərəb mütəfəkkirlərindən, onun təhsil məktəblərindən bizi kənarlaşdıran Sovet şo­vi­niz­­mi öz yalançı alimlərini on illərlə şüurumuza yeritdilər, ədəbiyyatımızı, tarixi­mi­­­zi, qramatikamızı, genetikamızı onun üzərində bərqərar etdilər. Halbuki, hələ Or­­ta əsrlərdə ərəblər Aristoteli, onun yaradıcılığını, dünya mütəfəkkirlərini öz dil­lə­­­­rinə çevirdilər, eləcə də “Kateqoriyalar”, “Sofistika”, “Ritorika”, “Etika”, “Fizi­ka”, “Poetika” və s. fundamental əsərləri. Nəticədə Yəqub Kindi (800-873), Əbu­nəsr Fərabi, Əhməd Burini kimi elm fatehləri yetişdi. Maraqlısı bu idi – rus filo­sof­la­­­rı ərəb alimlərinin əksər əsərlərini hələ XIX əsrin əvvəllərindən öz dillərinə tər­cü­­mə edib elmi məktəblərini quraşdırdılar, bizlərə isə imkan yaratmadılar. Yaxşı ki, Or­ta əsr fəlsəfi elmini az-çox mərhum alimlərimizdən Zakir Məm­mədov, Ağa­yar Şü­kürov və Əlisa Nicat təbliğ etmişlər. Bu işdə Əlisa Nicatın fəda­karlığını xü­su­si vur­ğulamalıyıq.

Təhsilin belə vəziyyətə – böhrana yuvarlanması Şərqdən əlimizi çəkməyimiz ol­­muşdur. Təhsil funksionerləri müstəqilliyimiz illərində dəfələrlə “dəstə” ilə, öy­rən­­mək adı ilə Qərbə (Avropaya), Amerikaya üz tutdular, sanlı Universitetlərinə baş çəkdilər, ətək-ətək pullar xərclədilər ki, mütərəqqi nəsnələri gətirib tətbiq etsin­lər, təhsilimizi beynəlxalq standartlar üzərində qursunlar. Hətta bəzi qələmdən məh­­rum (yaradıcılıq səriştəsi mənasında) funksionerlər (vəzifə tutanlar) “Azər-bay­­can müəllimi” qəzetində və “Azərbaycan məktəbi” jurnalında səhifə-səhifə mə­qa­­lələr çap etdirdilər, yerlərdə öz züy tutanlarını harayladılar, “faydası” o oldu zən­gin pedaqoji təcrübəli müəllimlərimizi çaşdırdılar. Bir də əcayib təhsil terminləri gə­­tirdilər, halbuki, bu məfhumların “köhnə” adı üstündə idi, məzmunu aydın əks et­­dirirdi. Bu isə gözə kül üfürmək idi (Pullar hansısa məntiqlə havaya sovrulmalı de­­yildimi?).

Tarixi həqiqətə qayıdaq və razılaşaq ki, o xalqın idarə edən, göstərişi yerdə qal­­mayan vəzifəli çinovniklərinin ağzından qan qoxusu saçır, dişlərinin dibindən sı­­zıb, xüsusən, türkdilli və türk qeyrətli millətləri yüz illərlədir müharibəyə çək­mək­­dədir (bu gün də!) – köhnə imperiyanı müxtəlif siyasi – iqtisadi oyunlarla bər­pa etmək niyyətindədir – həmin dövlətin humanist təhsil ideologiyası ola bilməz. Ona görə ki, xalqın (millətin) gənc nəslini işğalçılıq, şovinizm, torpaq qamarlamaq ki­mi qeyri-əxlaqi ruhda tərbiyə etməkdir.

SSRİ II Dünya müharibəsinə öz ideoloji ma­raqları üçün qoşuldu, qeyri-xalq­la­­rı, o cümlədən, azərbaycanlı oğlanlarımızı ön cəb­həyə apardı və günahsız balala­rı­­mızı “uf” demədən qurban verdi. Qəhrəman şə­hər­lər sırasına neft Bakısı düş­mə­di… fikrimə qayıdıram: xalq təhsilimizə rəhbərlik edən­lərin ayağı dünyada məşhur olan Qahirə Universitetinə dəymədi. Məntiqlə be­lə başa düşdüm ki, ali dərəcəli funk­­sionerlər hələ şagird olan uşaqlarını hansısa uni­versitetdə oxuyacaqlarının ye­ri­­ni öyrəndilər, az sonra həyata keçirdilər. Təhsili ba­şa vurdular və qayıtdılar, yük­sək vəzifə də tutdular. Bəs, ölkə prezidenti nə üçün bu niyyətə düşmədi, oğlunun məhz milli təhsil ocağında, universitetində təhsil al­ma­sı­nı məqsədəuyğun hesab et­di. Xaricdə əxlaqi sərvətləri mənimsəməyən öz məzun­la­rımızla Prezidentin övladı de­­bata çıxarsa onlardan nə qədər yüksəkdə dayan­dı­ğı­nın şahidi olarıq.

(Ardı var)