Tehranın “xeyir-duası” ilə verilən Şuşanı Tehran geri aldı

825

“Azərbaycan Bayrağı” ordenli Qazi Tehran Mənsimova eşq olsun!

10 dekabr – FATEHLƏR PARADINDA Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ZƏFƏR TRİBUNASINDAN “Arazı ayırdılar” haraylaması Tehran yetkililərini necə qıcıqlandırdısa,  diplomatik ölçüyə və məntiqə-ağıla sığmayan açıqlamaları sonucu Ankaradan “barmaq silkələməsi” aldılar. Heç, elə bil, 1992-ci ilin 8 mayında rəsmi Bakını və İrəvanı İranın başkəndində  “qonaq edib” Şuşanın verilməsinə “xeyir-dua” verən rəsmi Tehran deyilmiş! (?) Düz 28 il 6 aydan sonra polkovnik Tehran Mənsimovun başçılığı altında  igid döyüşçülərimiz Şuşanı işğaldan qurtardılar. Qarabağda xarici havadarlarının “küləyi ilə əsən”  əsgi parçasını şərəfli ÜÇBOYALI, AY-ULDUZLU AZƏRBAYCAN BAYRAĞI  bəzəyir indi.  Tehranınxeyirduasıilə verilən Şuşanı Tehran 28 il yarımdan sonra geri aldı. Ödülü də elə Şuşaya sancdığı AZƏRBAYCAN BAYRAĞI  (ordeni) oldu!

Qəzan uğurlu oldu, Şuşa , Qarabağ – Azərbaycan Vətən savaşını qazandın, igid! Torpağın azad, göylərin ay-ulduzlu, Bayrağın uca olsun,  AZƏRBAYCAN BAYRAĞI ORDENLİ QAZİ TEHRAN MƏNSİMOV!

Məğrur Bədəlsoy