Tehranda plakat asıldı: “Təşəkkürlər, Mossad”

285

Hurriyyet.org xəbər verir ki, İranın paytaxtı Tehran şəhərində keçidlərin birindən “Təşəkkürlər, Mossad” yazısı asılıb. İranda sosial şəbəkələrdəki paylaşmalarda bu yazının nüvə alimi Möhsün Fəxrizadənin qətlinə işarə vurulduğu bildirilsə də, ölkə rəhbərliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

İran Prezidenti Həsən Ruhani Fəxrizadənin öldürülməsində İsraili ittiham eləsə də, İsrailin Baş naziri Binyamin Netanyahu bu iddialarla bağlı açıqlama verməkdən imtina edib.