Təcili yardım TƏBİB-in göstərişi olmadan getmir? – AÇIQLAMA

54

Son zamanlar sosial şəbəkələrdə 103 təcili yardıma zəng edildiyi, xəstənin vəziyyətinin ağır olduğu və təcili köməyə ehtiyacı olduğu deyilsədə, günlərlə yardıma gəlməmələri barədə iddialar səsləndirilir. Səbəb kimi isə 103 xidmətindən, “TƏBİB-in göstərişi olmadan, xəstəxanaya yerləşdirə bilmərik”,  kimi cavab verilir.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, TƏBİB ayrı-ayrı xəstələrlə bağlı göstəriş vermir: “Yəni, kimsə müraciət etsin, TƏBİB də göstəriş versin ki, təcili yardım gedib xəstəni götürsün. Lakin müraciət edən xəstələri həkim yerindəcə müayinə edir, vəziyyətini qiymətləndirir. Ondan sonra xəstəxanaya yerləşdirilmə növbəlilik prinsipi ilə, ağırlıq dərəcəsinə görə təyin edilir. Biz dəfələrlə qeyd etmişik ki, testin cavabı neqativ olsa belə, xəstənin vəziyyəti ağırdırsa onlar da xəstəxanaya yerləşdirilir”.
TƏBİB-in sözçüsü süni tənəffüs cihazlarının çatışmazlıqlar məsələsinə də aydınlıq gətirərək bildirdi ki, hal-hazırda ölkədə kifayət qədər cihaz var.