Təbriz və Urmiyada elektrik enerjisinin verilməsində fasilələr yaranıb

    3

    İranın Energetika Nazirliyinin elektrik enerjisini fasilələrlə verməsi nəticəsində Təbriz və Urmiya kimi iri şəhərlər işıqsız qalıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, ölkədə hava şəraitinin isti keçməsinə görə nazirlik xüsusi rejimə keçib və elektrik enerjisi fasilələrlə verilir.

    Bildirilib ki, bu isə İranın azərbaycanlılar yaşayan əyalətlərində gündəlik fəaliyyəti iflic vəziyyətinə salıb.

    Təbriz şəhər Elektrik Paylayıcı Stansiyasının İctimaiyyətlə əlaqələr idarəsinin müdiri Yunis Mərami işığın fasilələrlə verilməsi xəbərini təkzib edib. Onun sözlərinə görə, elektrik enerjisinin verilməsində fasilələrin yaranması isti hava şəraitində istehlaka nəzarət etməklə əlaqədardır.

    Y.Mərami qarşıdan gələn günlərdə havaların isti keçəcəyini deyib və əhalini elektrik enerjisindən istifadəyə qənaət etməyə çağırıb.

    Sosial şəbəkə istifadəçiləri nazirliyin bu addımın pisləyib. Onlar bildirib ki, ölkədə elektrik enerjisi çatışmadığı halda işğalçı Ermənistana işıq verilməsi qəbuledilməzdir.