Tbilisidə metro işini dayandırdı – Etiraz olaraq tətil elan ediblər

    9

    Gürcüstanın paytaxtı Tbilisidə maşinistlərin tətilə çıxması metropolitenin işinə təsir göstərib.

    Hurriyyet.org xəbər verir ki, səhər saatlarından qatarların heç biri xəttə çıxmayıb. Qeyd edək ki, bu gün tətillə bağlı paytaxtda avtobuslar pulsuz fəaliyyət göstərəcək.

    Xatırladaq ki, etiraz aksiyaları Gürcüstanın paytaxtında mayın 31-də başlayıb. 2017-ci ilin dekabr ayında Tbilisidə qətlə yetirilmiş iki gəncin işiylə bağlı təqsirləndirilənlərin hər ikisinin azadlığa buraxılması parlament binasının qarşısında etiraz aksiyasına səbəb olub. Nəticədə ölkənin baş prokuroru istefaya gedib./trend/